Modern.az

Bakıda güclü yanğın - FOTO+VİDEO

Bakıda güclü yanğın - FOTO+VİDEO

Aktual

1 May 2018, 15:09

Bakıda güclü yanğın başlayıb. Modern.az-ın Lent.az-a istinadən məlumatına görə, paytaxtın İmran Qasımov küçəsində, "Azərbaycan" universitetinin arxasında yerləşən həyət evləri yanır. Saytımızın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğının həcmi get-gedə böyüyür və digər evlər də təhlükə altına düşüb. Yarımtikililərin isə bir hissəsi artıq yanıb. Orada xeyli sayda həyət evlərinin olduğu bildirilir.

 

 
Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.
 
 
 
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.  
 
İlkin məlumata görə, orada xeyli yarımtikili evlər olub ki, əhali ora zibil atırmış. Yanğın da həmin zibilxanadan başlayıb. 
Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?