Modern.az

Sarkisyanın partiyası: Paşinyan baş nazir ola bilməz

Sarkisyanın partiyası: Paşinyan baş nazir ola bilməz

Aktual

1 May 2018, 20:27

“Nikol Paşinyan baş nazir ola bilməz. Onun Qarabağ üzrə danışıqlar prosesində heç bir konsepsiyası yoxdur. Müdafiə büdcəsini necə artıracağı ilə bağlı məsələ üzrə heç bir cavab verə bilmir. Xalq natiqi deyil, hökumətin başçısı seçilir”, - virtualaz.org “Sputnik”ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov deyib.

 

“Heç kim sosial problemlərdən üz çevirmir. Korrupsiya da var, digər problemlər də. Baş nazir kim olursa olsun, ultimatumlarla danışmaq olmaz, qarşılıqlı addımlar atılmalıdır”, - o əlavə edib.

 

Şarmazanov qeyd edib ki, Paşinyan ehtimal edilən hökumətində vacibpostlara, o cümlədən baş nazirin müavinləri və müdafiə naziri postlarına namizədlərin adlarını çəkməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)