Modern.az

Mingəçevir Sənaye Parkının işçiləri zəhərləndi

Mingəçevir Sənaye Parkının işçiləri zəhərləndi

Aktual

1 May 2018, 23:57

Mingəçevir Sənaye Parkında zəhərlənmə hadisəsi baş verib. 

 

Modern.az xəbər verir  ki, hadisə "Mingəçevir Tekstil" MMC-nin sexlərinin birində iş prosesi zamanı qeydə alınıb. 

Belə ki, əməkdaşlardan ən azı 5-6 nəfərin halı pisləşib və onlar huşsuz vəziyyətə düşüb. Durumu ağır olan şəhər sakinləri - 1980-ci il təvəllüdlü Gülnarə Nurəddin qızı Hüseynova, 1976-cı il təvəllüdlü Lalə Oruc qızı Hüseynova, 1983-cü il təvəllüdlü Vidadi Yaqub oğlu Mehdiyev və Yevlax rayon sakini, 1993-cü il təvəllüdlü Yaşar Vasif oğlu Bəkirov xəstəxanaya yerləşdirilib. 

İlkin məlumata görə, zəhərlənməyə iş prosesində tətbiq edilən kimyəvi maddənin təsiri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (report)

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?