Modern.az

Anasının evindən oğurluq edən qız TUTULDU  

Anasının evindən oğurluq edən qız TUTULDU  

Aktual

2 May 2018, 14:06

Bakı şəhər sakini M.Şirinova mayın 1-də Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinə ərizə ilə müraciət edərək bir gün əvvəl mənzilindən 12 min manat məbləğində pulunun və qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

DİN-in mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri ilə oğurluğun ev sahibinin qızı tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, polis əməkdaşları tərəfindən saxlanılıb.

İ.Hüseynova izahatında törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

 

Sizə yeni x var
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)