Modern.az

Jurnalistlər üçün yeni müsabiqə elan OLUNDU

Jurnalistlər üçün yeni müsabiqə elan OLUNDU

Aktual

2 May 2018, 15:15

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü və 22 iyul - Azərbaycan Milli Mətbuatının yaranmasının 143-cü ildönümü ilə əlaqədar fərdi jurnalist yazıları müsabiqəsi elan edib.

 

KİVDF-dən Modern.az-a verilən məlumata görə, 19 istiqamət üzrə elan edilən müsabiqədə müsabiqə elan olunan günədək ən azı 1 (bir) il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media  resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

 

Yazıların qəbulu mayın 4-də başlayır, iyulun 12-də başa çatır. Yazılar 10 ballıq sistem üzrə qiymətləndiriləcək, maksimum 50 bal müəyyən olunacaq. 30-dan aşağı bal toplamış yazı müəllifləri mükafatçılar siyahısına düşmür. Müsabiqədə hər istiqamət üzrə 6 qalib müəyyən ediləcək. Birinci yer üçün bir nəfərə 500 manat, ikinci yer üçün iki nəfərə 400 manat, üçüncü yer üçün 3 nəfərə 300 manat mükafat veriləcək.


Müsabiqə aşağıdakı istiqamətlər üzrə keçiriləcək:


İstiqamətin adı
1.
Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu
2.
Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi
3.
İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi
mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması
4.
İctimai və dövlət maraqlarının müdafiəsi
5.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi
6.
Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və
digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

 

7.
Qaçqın vəməcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı
olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

 

8.
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
9.
Azərbaycançılıq ideyasının təbliği
10.
Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
11.
İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
12.
Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi
13.
Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
14.
Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
15.
Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
16.
Ekologiya və ətraf mühitin mühafizəsi
17.
Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
18.
Elm və təhsilin inkişaf etdirilməsi
19.
Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?