Modern.az

Umayra Tağıyeva Ekologiya Nazirliyinə qaytarıldı

Umayra Tağıyeva Ekologiya Nazirliyinə qaytarıldı

Aktual

3 May 2018, 14:08

Umayra Tağıyeva Ekologiya və Təbii Sərvətlər Nazirliyində işə başlayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova "Report"un sorğusuna cavab olaraq bildirib ki, U.Tağıyeva bundan sonra nazirlik aparatının Ekoloji təbliğat şöbəsində işləyəcək. 

Onun sözlərinə görə, U.Tağıyeva nazirliyin ekoloji təbliğat sahəsində gördüyü işləri ictimaiyyətə çatdıracaq: "Bəli, bundan sonra Umayra Tağıyeva hava proqnozu, atmosfer havasında, Xəzər sularında aparılan monitorinqlərin nəticələri və digər məsələlərlə bağlı vaxtaşırı efirdə görünəcək".

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...