Modern.az

Nazirlik reyd keçirdi – Təbiətə 13 min manatdan çox ziyan vuran tapıldı

Nazirlik reyd keçirdi – Təbiətə 13 min manatdan çox ziyan vuran tapıldı

Aktual

3 May 2018, 16:58

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri zamanı Qəbələ rayonu Vəndam bələdiyyəsinin mülkiyyətinə məxsus torpaq sahəsində yaş köküstə 3-16 sm diametrliyində müxtəlif cinsli ağac və kolların qanunvericiliyə zidd olaraq kəsilərək məhv edildiyi və ərazidə münbit torpaq qatının korlandığı aşkar edilib.

 

Bu haqda Modern.az-a nazirlikdən bildirilib.

 

Araşdırma zamanı ağac və kolları məhv edən, münbit torpaq qatını korlayan şəxsin həmin torpaq sahəsinin icarədarı Qəbələ rayonu Vəndam kənd sakini Şahnəzərov Kənan Zakir  oğlu olduğu müəyyən edilib.

 

Faktla bağlı Şahnəzərov Kənan Zakir oğlu barəsində akt tərtib edilmiş və ona  təbiətə dəymiş 13104 ,52 manat  ziyan hesablanıb.

 

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozucusunun müvafiq məsuliyyətə cəlb edilməsi üçün zəruri tədbirlər görülür.            

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?