Modern.az

Ağstafada avtomobil yolunun tikintisinə 3 milyon manat ayrılıb

Ağstafada avtomobil yolunun tikintisinə 3 milyon manat ayrılıb

Aktual

3 May 2018, 18:12

Prezident İlham Əliyev Ağstafa rayonunun Kolayır–Düzqışlaq–Mollacəfərli–Xılxına–Qarahəsənli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

Sərəncamda qeyd edilir ki, dörd min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Kolayır–Düzqışlaq–Mollacəfərli–Xılxına–Qarahəsənli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

 

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

 

 

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır