Modern.az

Ermənistandakı siyasi vəziyyət müzakirə edilib  

Ermənistandakı siyasi vəziyyət müzakirə edilib  

Aktual

3 May 2018, 23:08

Ermənistanda  baş nazir postuna namizəd Nikol Paşinyan Rusiya və ABŞ səfirləri ilə ölkədaxili siyasi böhranı müzakirə edib. 

Modern.az  xəbər verir ki, bu barədə Paşinyan öz "Facebook" səhifəsində yazıb.

"Bu gün Rusiya, ABŞ və Gürcüstan səfirləri İvan Volınkin, Riçard Millz, Georgi Saqanelizde, Avropa İttifaqının nümayəndəliyinin rəhbəri Petr Svitalski ilə görüşlər keçirdim", — deyə müxalifət lideri yazıb.

Paşinyan səfirləri ölkə daxili siyasi böhranın aradan qaldırılması üçün əldə olunan razılaşmalar barədə məlumatlandırıb.

Görüşlər zamanı eyni zamanda ikitərəfli münasibətlər dair digər məsələlərdə müzakirə olunub. 




Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?