Modern.az

Elmar Məmmədyarov Banqladeşə getdi

Elmar Məmmədyarov Banqladeşə getdi

Aktual

4 May 2018, 10:18

Xarici işlər naziri Elmar Məmmədyarov Banladeş Xalq Respublikasının paytaxtı Dəkkəyə yola düşüb.

Azərbaycan XİN-dən Modern.az-a verilən məlumata görə, Elmar Məmmədyarov 5-6 may tarixlərində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri şurasının 45-ci sessiyasında iştirak edəcək.

Sessiyada nazir Elmar Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)