Modern.az

Rusiyanın müxalifət lideri həbs olundu

Rusiyanın müxalifət lideri həbs olundu

Aktual

5 May 2018, 20:16

Moskvada keçirilən icazəsiz etiraz aksiyasında “İrəliləyiş” partiyasının sədri Aleksey Navalnı polis tərəfindən saxlanılıb.

 

Modern.az xəbər verir ki, Moskvanın Puşkin meydanında yerli vaxtla 14:00-da Navalnının çağırışı ilə kütləvi etiraz aksiyası start götürüb. Navalnı aksiyanın keçirildiyi yerə gələn kimi, polis tərəfindən saxlanılaraq şöbəyə aparılıb.

 

Hüquq mühafizə orqanları əməkdaşları meqafonla etiraz aksiyasının yerli qurumlarla  razılaşdırılmadığını bildirir və etirazçıların dağılışmasını tələb edir.

 

Aksiya ilə əlaqədar Tver küçəsində nəqliyyatın hərəkəti iflic olub. (oxu.az)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)