Modern.az

Aksiz markasız siqaret və araqlar aşkarlandı

Aksiz markasız siqaret və araqlar aşkarlandı

Aktual

7 May 2018, 11:30

Aksiz Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda aksiz markasız siqaretlərin və araqların realizə edilməsinin qarşısını alıblar.

DGK-dan Modern.az-a verilən məlumata görə, Baş İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Azərbaycan vətəndaşının idarə etdiyi "Renault Tondar 90" markalı minik avtomobili Bakı-Quba yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində saxlanılıb. Avtomobilə baxış zamanı, küllli miqdarda aksiz markasız "Marlboro", "King" siqaretləri və "Nemiroff" araqları aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?