Modern.az

Binədə 5 yaşlı uşağı maşın vurub öldürdü

Binədə 5 yaşlı uşağı maşın vurub öldürdü

Aktual

7 May 2018, 11:55

Bakıda 5 yaşlı uşağı maşın vuraraq öldürüb.

DİN-dən Modern.az-a verilən məlumata görə, hadisə mayın 6-da saat 15 radələrində Suraxanı rayonunun Binə qəsəbəsində baş verib.

Qəsəbə sakini Mehrab Səfərov idarə etdiyi “QAZel” markalı avtomobillə 5 yaşlı İbrahim Köçəriyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)