Modern.az

“Tramp İranda hakimiyyəti dəyişmək istəyir”

“Tramp İranda hakimiyyəti dəyişmək istəyir”

Aktual

7 May 2018, 12:03

ABŞ dövlət departamentindən Trampın vəkilinin sözlərinə şərh verilib.

 

Modern.az “TASS” agentliyinə istinadən bildirir ki, Dövlət Departamentidən vəkilin ABŞ siyasəti adından danışa bilməyəcəyi qeyd olunub.

 

Xatırladaq ki, 1994-2001-ci illərdə Nyu-Yorkun meri olmuş və hazırda ABŞ prezidenti Donald Trampın vəkillər qrupuna daxil olan Rudolf Culyani mayın 5-də “Politico” nəşrinə verdiyi müsahibə verib. O həmin müsahibədə ABŞ rəhbərinin İranda rejim dəyişilməsinin tərəfdarı olduğunu bildirib.

 

Əvəz ZEYNALOV

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?