Modern.az

Polis 23 borclunu SAXLADI 

Polis 23 borclunu SAXLADI 

Aktual

12 May 2018, 10:07

Daxili İşlər Nazirliyi (DİN) may ayının 11-dən 12-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı açıqlayıb.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 117 cinayət faktı qeydə alınmış, onların da 28-i “isti izlər”lə açılıb.

Bundan başqa, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 4 nəfər, borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)