Modern.az

Tbilisidə etiraz aksiyası dayandırıldı - 3 nəfər saxlanıldı

Tbilisidə etiraz aksiyası dayandırıldı - 3 nəfər saxlanıldı

Aktual

13 May 2018, 12:37

Tbilisidə parlament binası qarşısında dünən saat 15:00-dan bu gün səhərə qədər davam edən etiraz aksiyası dayandırılıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, polis tərəfindən aksiya iştirakçılarının qurduğu çadırlar sökülüb.

 

Rustaveli prospektində avtomobillərin hərəkəti bərpa olunub. Səhər saatlarında ictimai asayişi pozan 3 aksiya iştirakçısı saxlanılıb.  Etirazların təşkilatçılarından olan “Ağ səs-küy” hərəkatının lideri Beka Tsikarişvili aksiyanın bu gün saat 15:00-da bərpa olunacağını bildirib.

 

Hərəkat lideri qeyd edib ki, aksiyanın tələbi dəyişməz olaraq qalır. Etirazçılar gecə klublarında 8 nəfərin saxlanılması ilə nəticələnmiş xüsusi əməliyyatla bağlı baş nazir Giorgi Kvirikaşvilidən mövqeyini açıqlamasını tələb edirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?