Modern.az

4 oyuna cəmi 4910 tamaşaçı gəldi - Azərbaycan futbolunda biabırçı statistika

4 oyuna cəmi 4910 tamaşaçı gəldi - Azərbaycan futbolunda biabırçı statistika

Aktual

13 May 2018, 13:37

Azərbaycan Premyer Liqasının 27-ci turu üçün azarkeş sayı bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, turda ən yüksək göstərici “İnter Arena”da qeydə alınıb. Cəmi 2000 tamaşaçı “Keşlə”nin çempion “Qarabağ”ı darmadağın (3:0) etdiyi matçın canlı şahidi olub.

 

Ən aşağı göstərici isə Mərdəkanda, “Dalğa Arena”da qeydə alınıb. Burda keçirilmiş “Neftçi” - “Səbail” qarşılaşmasını (3:1) cəmi 500 azarkeş izləyib.

 

Digər oyunlardan Sumqayıtda keçirilmiş “Sumqayıt” - “Qəbələ” matçında (0:2) 1300, Zirə İdman Kompleksinin stadionunda baş tutmuş “Zirə” - “Kəpəz” oyununda (2:1) isə 1110 azarkeş qeydə alınıb.

 

Ümumilikdə, turun 4 oyununu 4910 tamaşaçı izləyib ki, bu da, hər oyuna orta hesabla 1227 nəfər deməkdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)