Modern.az

Şəkidə 50 yaşlı kişi intihar edib

Şəkidə 50 yaşlı kişi intihar edib

Aktual

13 May 2018, 20:55

Şəkidə 50 yaşlı kişi intihar edib.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Baş Göynük kəndində baş verib.

 

Kənd sakini, 1968-ci il təvəllüdlü İsmayıl İsa oğlu Gülməmmədovun meyiti yaxınları tərəfindən yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinin çardağında asılı vəziyyətdə aşkar edilib. 50 yaşlı İsmayıl Gülmməmədovun hələki istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.

 

 

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma )maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?