Modern.az

Lökbatan-Qobu-Hökməli yolunda hərəkət məhdudlaşdırılacaq

Lökbatan-Qobu-Hökməli yolunda hərəkət məhdudlaşdırılacaq

Aktual

14 May 2018, 10:45

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Lökbatan-Qobu-Hökməli avtomobil yolunda yeni üfüqi nişanlanma xətlərinin çəkilişi ilə əlaqədar olaraq 14 may 2018-ci il tarixində saat 11:00-dan etibarən hərəkət hissə-hissə məhdudlaşdırılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən Modern.az-a bildirlib ki, məhdudlaşma axşam saatlarınadək qüvvədə olacaq. Sürücülərdən hərəkət istiqamətlərinə uyğun öncədən alternativ yollardan istifadələ etmələri tövsiyə olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...