Modern.az

Azərbaycanlı deputatlar gürcü spikerlə görüşüblər

Azərbaycanlı deputatlar gürcü spikerlə görüşüblər

Aktual

14 May 2018, 14:36

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşovun başçılıq etdiyi deputat qrupu Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze ilə görüşüb.

 

APA-nın yerli bürosunun məlumatına əsasən, görüşdə Azərbaycan və Gürcüstan arasında münasibətlər və parlamentlərarası əlaqələr müzakirə olunub.
 

İ. Kobaxidze görüşdən məmnunluğunu ifadə edərək Gürcüstan və Azərbaycanın strateji tərəfdaş olduğunu qeyd edib. Spiker Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və ikitərəfli münasibətlərə böyük önəm verdiyini bildirib.
 

Görüşdə iki ölkənin parlamentləri arasında əlaqələrin daha da gücləndirilməsi və bu istiqamət üzrə təkliflər nəzərdən keçirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!