Modern.az

Deputat: “Avropa Birliyinin layihələrində Azərbaycan gəncləri fəal iştirak edəcəklər"

Deputat: “Avropa Birliyinin layihələrində Azərbaycan gəncləri fəal iştirak edəcəklər"

Aktual

15 May 2018, 14:44

Azərbaycan Milli Məclisinin Gənclər və İdman komitəsinin üzvü, Deputat Naqif Həmzəyev və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov Portuqaliyanın Kaskais şəhərində səfərdə olublar.

 

Modern.az xəbər verir ki, səfər çərçivəsində Avropa Birliyinin (AB) tədqiqat, elm və innovasiyalar üzrə komitə sədri Karlos Moedas, Kaskais şəhərinin meri Karlos Karreiras və Avropa Gənclər hərəkatının fəal gənc liderləri ilə görüş olub.

 

Görüş zamanı gənclər siyasəti, gənclərin fəal iştirakçılığı, könüllülük, liderlik, beynəlxalq gənclər işi, gənclərin məşğulluğu və gənclər siyasətinin gücləndirilməsi,təcrübə mübadiləsi kimi məsələlər müzakirə edilib. Erasmus + proqramı çərçivəsində icra olunan "Gənclər üçün yaxın olan şəhərlərdə məsləhət mexanizminin işlənməsi" layihəsinə dair hesabat dinlənilib. Gələcəkdə "Avropa Gənclər Paytaxtı şəbəkəsi"nin inkişaf etdirilməsi və gənclər sahəsində birgə layihələrin işlənməsi üçün razılıq əldə olunub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?