Modern.az

YAP-ın yeni inzibati binasının açılışı oldu

YAP-ın yeni inzibati binasının açılışı oldu

Aktual

18 May 2018, 10:09

Mayın 18-də Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlət başçısı yeni inzibati binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin binanın foyesində ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.

Yeni Azərbaycan Partiyası sədrinin müavini–icra katibi Əli Əhmədov binada yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?