Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və PAŞA Bankın dəstəyi ilə ölkəmizdə 6-cı dəfə Seedstars World müsabiqəsinin yerli seçimləri baş tutacaq.
8 iyun 2018-ci il tarixdə ADA Universitetində Azərbaycanın 10 ən yaxşı startapı ölkəni Seedstars sammitində təmsil etmək və 1 milyon ABŞ dolları qazanmaq uğrunda mübarizə aparacaq. Qaydalara əsasən 2 ildən daha az müddətdə fəaliyyət göstərən, bu müddətdə real məhsulu, həmçinin regional və qlobal böyümə potensialı olan startaplar müsabiqədə iştirak edə bilərlər.
Meyarlara uyğun olan startaplar yarışa qatılmaq üçün //www.seedstarsworld.com/event/seedstars-baku-2018
linki vasitəsilə may ayının sonuna qədər qeydiyyatdan keçməlidirlər.