Modern.az

Azərbaycan Altaya turist göndərəcək

Azərbaycan Altaya turist göndərəcək

Aktual

18 May 2018, 22:06

Azərbaycan Rusiyanın qərb regionlarına, xüsusən də Altay diyarına turist axını təşkil edəcək.

 

Trend-in məlumatına görə, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Altay diyarının hökümət rəhbəri Viktor Meşeryakov arasında danışıqlar zamanı qeyd olunub.

 

Azərbaycan Altay diyarında təşkil olunacaq turizm sərgisində iştirak edəcək, həmçinin bu regionun turizm şirkətləri ilə əməkdaşlıq edəcək.

 

Görüş zamanı o da qeyd edilib ki, Azərbaycan Altay diyarında turizm kompleksinin inkişafına dəstək verəcək.

 

Fuad Nağıyev əlavə edib ki, hazırda Azərbaycan Rusiyanın regionlarında turizm xidmətlərinin yüksəldilməsi ilə məşğul olur. Qeyd edilib ki, rus turistləri üçün Azərbaycan tarixi-mədəni abidələri, həmçinin Xəzər sahilində otel istirahətinə görə cəlbedicidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?