Modern.az

Rusiya təyyarələri NATO sərhədində təhlükə törədir

Rusiya təyyarələri NATO sərhədində təhlükə törədir

Aktual

21 May 2018, 11:41

Rusiya qırıcıları Baltikyanı ərazilərdə həftə ərzində 5 dəfə müşayiət olunublar.

 

Modern.az xəbər verir ki, bu barədə Litva Müdafiə nazirliyi ölkənin hava sərhədlərinin həftəlik hesabatında  bildirib.

Əsasən mayın 14-də Zoknay bazasında yerləşdirilmiş Portuqaliya və İspaniya qırıcıları gün ərzində iki dəfə “İl-20” və bir neçə “Su-24” qırıcılarını müşayiət etmək üçün havaya qalxıblar.

 

Rusiya tərəfi isə hərbi təyyarələrinin neytral sularda hərəkət etdiyini bildirir.

Qeyd edək ki, öz aviasiyası olmadığı səbəbi ilə Baltikyanı ölkələrin hava sərhədlərini NATO hərbi təyyarələri qoruyur. 2004-cü ildən etibarən bu təyyarələr Litvanın Zoknay aviabazasında yerləşdirilib.

 

Əvvəl bu missiya üçün 4 hərbi təyyarə nəzərdə tutulmuşdusa daha sonra onların sayı 10-a çatdırılıb.

 

Əvəz ZEYNALOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?