Modern.az

“Qədim el sənətləri” adlı festival keçiriləcək

“Qədim el sənətləri” adlı festival keçiriləcək

Aktual

21 May 2018, 12:23

Mayın 25-26-da “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Qədim el sənətləri” adlı festival keçiriləcək.

 

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, tədbir Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyi çərçivəsində Prezident İlham Əliyevin 16 may 2017-ci il tarixli sərəncamın uyğun olaraq nəzərdə tutulub.

 

Rəsmi qonaqların çıxışları ilə başlanacaq festivalda musiqi kollektivləri, əl işləri və kitab satış-sərgisi, zorxana tamaşası, milli geyimlər, milli rəqslər, aşıq havaları, xına qrupu, muğam üçlüyü, dulusçuluq, nalbəndlik, interaktiv oyunlar, xalça toxuma və bu kimi nümunələr nümayiş etdiriləcək.

 

Saat 15.00-da qapılarını tamaşaçıların üzünə açacaq festivalın təşkilatçıları AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə Azərbaycan Televiziyasının nəzdindəki “Mədəniyyət” kanalıdır.

Festivalın kuratoru “Mədəniyyət” telekanalının “Xalq yaradıcılığı” redaksiyasının baş redaktor müavini, tarix elmləri doktoru Güllü Yoloğludur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?