Modern.az

Makron Azərbaycana gələcək

Makron Azərbaycana gələcək

Aktual

27 May 2018, 15:18

“Fransa prezidenti Emmanuel Makron bu ilin sonunda Azərbaycana rəsmi səfər edəcək”.

Modern.az-ın məlumatına görə, bunu Fransanın Avropa və xarici işlər naziri Jan-İv Lö Drian bu gün Bakıda keçirilən mətbuat konfransında deyib.

O qeyd edib:

“Azərbaycan Demokratik Respublikasının 100 illiyi qeyd edilən dövrdə 1997-ci ildən bu yana Azərbaycana ilk rəsmi səfərimiz böyük əhəmiyyət daşıyır. Biz hər zaman Azərbaycanın yanında olmuşuq. Azərbaycan Prezidentinin iyulda Parisə səfərindən sonra, Fransa prezidenti Emmanuel Makron Azərbaycana gələcək". 

 

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!