Modern.az

Zidan “Real”la yollarını niyə ayırdı? – SƏBƏBLƏR

Zidan “Real”la yollarını niyə ayırdı? – SƏBƏBLƏR

Aktual

1 İyun 2018, 11:14

Zinəddin Zidanın “Real” Madrid klubunun baş məşqçi postundan ayrılmasının səbəbləri məlum olub.

 

Modern.az xəbər verir ki, İspaniyanın “AS” qəzeti məşqçi ilə klub rəhbərliyi arasında ciddi fikir ayrılıqlarının buna səbəb olduğunu bildirir.

 

“AS” qeyd edir ki, 45 yaşlı Zidan klub prezidenti Fiorention Pereslə hücumçular Kriştianu Ronaldu və Qarret Beylin “Real”dakı gələcəyi ilə bağlı  razlılaşmayıblar.

 

Zidan həmçinin, klub rəhəbliyinin “Atletiko” Bilbaonun qapıçısı Kep Arrisabalaqı, hücumçu Levandovski və Neymarın transfer etmək planlarına qatılmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?