Rusiya prezidenti Vladimir Putin dolları “yeganə universal valyuta” adlandırıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, avronun da buna çalışdığını desə də, istəyinə qismən nail olduğunu əlavə edib.
Putinin fikrincə, dünya ölkələri yeni universal valyuta və ölkələrarası ticarətdə milli valyutalara keçməyi planlaşdırırlar.