Modern.az

Səhiyyə Nazirliyi istilərə görə ölüm hallarını təkzib etdi

Səhiyyə Nazirliyi istilərə görə ölüm hallarını təkzib etdi

Aktual

5 İyul 2018, 13:02

Səhiyyə Nazirliyi küçədə yüksək temperaturdan dünyasını dəyişənlərin olması barədə yayılan məlumatları təkzib edib.

 

Nazirliyin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova Modern.az-a bildirib ki, istidən dünyasını dəyişənlərin olması barədə deyilənlər düzgün məlumat deyil: "Əgər belə hadisələr olsaydı, bundan ilk xəbər tutan Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti olardı".

 

S.Əhmədova deyib ki, ötən gün ərzində yolda yalnız iki ölüm hadisəsi qeydə alınıb: "Onlardan biri 48 yaşlı Oleq Abramov “Koroğlu” metrostansiyasının qarşısında, ikincisi isə Günəşli qəsəbəsində avtobusda dünyasını dəyişən 73 yaşlı sakin olub".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...