Modern.az

İran Yaxın Şərqin neft arteriyasını kəsə bilər

İran Yaxın Şərqin neft arteriyasını kəsə bilər

Aktual

5 İyul 2018, 13:08

İran Hörmüz boğazı ilə neft daşınmasının qarşısını ala bilər.

 

Modern.az-ın məlumatına görə, bu barədə ölkənin İslam İnqilabı Keşikçiləri Korpusu bəyanat verib.

Qeyd olunur ki, ABŞ-ın İrana qarşı sanksiya siyasətini davam etdirəcəyi təqdirdə, bu addım atıla bilər:

 

“Əgər ABŞ İran neftinin ixracının qarşısını almaq istəyirsə, biz Hörmüz boğazı ilə digər ölkələrə neft daşınmasına icazə verməyəcəyik”.

Qeyd edək ki, bir müddət əvvəl İranın OPEK-dəki nümayəndəsi Hüseyn Kazımpur Ərdəbili bildirmişdi ki, ABŞ-ın İrana qarşı sanksiya siyasəti ilk növbədə onun özünə zərər verəcək.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!