Modern.az

Novxanı çimərliyində batan oğlanın cəsədi tapıldı

Novxanı çimərliyində batan oğlanın cəsədi tapıldı

Aktual

5 İyul 2018, 13:28

Abşeron rayonunun Novxanı çimərliyində batmış 2003-cü il təvəllüdlü Məmmədov Murad Zaur oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a bildirilib ki, M.Məmmədovun cəsədi Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı