Modern.az

Mariya Zaxarova Azərbaycanın QDİƏT-də sədrliyindən DANIŞDI

Mariya Zaxarova Azərbaycanın QDİƏT-də sədrliyindən DANIŞDI

Aktual

5 İyul 2018, 19:26

Rusiya Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) Azərbaycanın sədrliyi dövründə müsbət gündəmin qorunacağına ümid edir.

 

Modern.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

"Azərbaycanın bu ilin iyul-dekabr aylarında sədrliyi dövründə QDİƏT-də müsbət, siyasiləşmədən azad gündəmin olacağını görürük. Hazırda Azərbaycanın sədrliyinin təqvimi formalaşır. Ümid edirik ki, bu dövrdə üzv dövlətlər arasında qarşılıqlı münasibətlər daha da möhkəmlənəcək", - M.Zaxarova deyib. 

 

Onun sözlərinə görə, Rusiya nazirlər səviyyəsində müxtəlif görüşlərin keçiriləcəyinə, fövqəladə hallar, enerji, nəqliyyat, mədəniyyət, o cümlədən ticarət, turizm, əməkdaşlıq, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və s. sahələrdə tədbirlərin keçiriləcəyinə ümid edir. 

 

Xatırladaq ki, növbəti altı ay ərzində Azərbaycan QDİƏT-ə sədrlik edəcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı