Modern.az

"Neftçi"dən növbəti qələbə

"Neftçi"dən növbəti qələbə

Aktual

5 İyul 2018, 20:11

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" bu gün sonuncu yoxlama matçına çıxıb. Modern.az "Report"a istinadən xəbər verir ki, paytaxt təmsilçisi Rumıniyanın "Politexnika”sı ilə üz-üzə gəlib.

 

Qarşılaşma "Nefçi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qollarını 23-cü dəqiqədə Rəhman Hacıyev, 64-cü dəqiqədə isə Baqali Dabo, 90-cı dəqiqədə isə Rəşad Eyubov vurub.

 

Qeyd edək ki, "Neftçi" əvvəlki üç yoxlama matçında da qələbə qazanıb. Makedoniyanın "Şkupi” və Rumıniyanın "Dunarya Kalaraşi” klublarını 2:0 hesabı ilə məğlub edən komanda Bosniya və Herseqovina "Çelik”ini 4:1 hesabı ilə üstələyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı