Havaların anomal isti keçməsi yol nəqliyyat hadislərinin baş verə riskini artırır. Modern.az xəbər verir ki, bunun üçün də mütəxəssislər sürücülərə xəbərdarlıq edir. Kondisionersiz avtomobillərdə yola çıxmaq insan həyata üçün təhlükəlidir. Bundan başqa isti hava avtomobillərdə nasazlıqlara da səbəb ola bilər.
İsti havalarda ən böyük risk günün qızmar saatlarında kondisoenersiz avtomobillərlə yola çıxmaqdır. Çünki belə olduqda, hətta sürücünün özü də nə olduğunu anlamadan, sükana hakimiyyəti itirə və qəza törədə bilər.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov "Xəzər xəbər"ə bildirib ki, xüsusən, isti ölkələrdə günün qızmar vaxtı məcbur olmadıqca yola çıxmaq tövsiyyə olunmur. Çünki isti hava sürücüdə halsızlıq, yoruqunluğa səbəb olmaqla yanaşı hadisələrə müdaxilə refleksini də zəiflədir.
Avtomobil ustaları isə isti havaların, xüsusən, istehsal ili 10 ildən köhnə avtomobillərdə daha çox problem yaratdığını bildirir. Ən çox problem isə mühərrikin soyutma sistemində baş verir. Ona görə də uzun yola çıxmamışdan qabaq avtobilin həm elektronika, həm də alt işlək hissələrinin yoxlanılması vacibdir. Çünki həddindən çox qızma qəzanı qaçınılmaz edə bilər.
Bundan başqa isti havalarda sürət rejiminə də ciddi şəkildə əməl etmək tövsiyyə edilir. Çünki yolun həddindən çox qızması əyləc məzafəsini artıra bilər.