Modern.az

Azərbaycan klubunun rəqibləri bəlli oldu

Azərbaycan klubunun rəqibləri bəlli oldu

Aktual

6 İyul 2018, 00:32

İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA Çempionlar Liqasının ilkin və əsas mərhələsinin püşkatması keçirilib. Modern.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, turnirdəki təmsilçimiz “Araz” əsas mərhələdə “Luçenec” (Slovakiya), E və F qruplarının qalibi ilə 8-ci qrupda mübarizə aparacaq.

 

Bu mərhələnin oyunları oktyabrın 2-dən 7-dək Slovakiyada keçiriləcək.

 

Qeyd edək ki, E qrupunda “Veles” (Makedoniya), “Valleta” (Malta), “Futsamba Naas” (İrlandiya) və “Kosmos Tallin” (Estoniya), F qrupunda “Hovocobo” (Hollandiya), “Reading Futsal Klub” (İngiltərə), “Vytis” (Litva), “Murata” (San Marino) komandaları qüvvəsini sınayacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı