Modern.az

Sürücülərin nəzərinə: Bu yolda təmir gedir

Sürücülərin nəzərinə: Bu yolda təmir gedir

Aktual

12 İyul 2018, 09:40

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) təhlükəsizlik sədlərinin təmir işlərini davam etdirir.

 

AAYDA-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı Dairəvi-1 avtomobil yolunda, həmçinin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yollunun 45-52-ci km-lik hissəsində yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır. İşlərin axşam saatlarınadək davam etdirilməsi nəzərdə tutulub.

 

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı