Modern.az

Azərbaycanla İtaliya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq müzakirə edildi

Azərbaycanla İtaliya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq müzakirə edildi

Aktual

26 İyul 2018, 09:54

İtaliya prezidenti Sercio Mattarellanın ölkəmizə rəsmi səfəri çərçivəsində Bakıda Azərbaycan-İtaliya biznes forumu keçirilib.

Forumun ilk günündə müxtəlif sahələr üzrə iki ölkə arasında əməkdaşlığın perspektivlərinin müzakirə edildiyi panel iclaslar baş tutub. Hər iki ölkənin dövlət qurumlarının və şirkət nümayəndələrinin iştirak etdiyi kənd təsərrüfatı ilə bağlı keçirilən dəyirmi masada Azərbaycan kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev və Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova təqdimatla çıxış ediblər.

İclasda ölkələrimiz arasında bu sahədə mövcud olan əməkdaşlığın hazırki durumu və gözləntilərdən danışılıb, yeni yaranmış Dövlət Aqrar Ticarət Şirkəti ilə İtaliya şirkətləri arasında əməkdaşlığın perspektivləri müzakirə edilib. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən iclasda Azərbaycan və İtaliya arasında mövcud ticarət dövriyyəsində kənd təsərrüfatı məhsullarının payının daha da artacağına əminlik ifadə olunub.

Forumun Heydər Əliyev Mərkəzində baş tutan ikinci günündə hər iki ölkənin dövlət başçısı ilə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən 350-dək iş adamı iştirak edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı