Modern.az

Müəllim olmaq istəyən daha 3518 namizəd imtahan verib

Müəllim olmaq istəyən daha 3518 namizəd imtahan verib

Aktual

26 İyul 2018, 11:51

Müəllimlərin işə qəbulu üzrə imtahanlar davam edir

İyulun 25-də Azərbaycan dili və ədəbiyyat üzrə imtahanlarda 3518 nəfər iştirak edib. Namizədlər arasında ən yüksək nəticə 58 bal qeydə alınıb.

Bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyulun 26-da keçiriləcək  Azərbaycan dili, rus dili, rus dili və ədəbiyyatı, fransız dili və musiqi üzrə test imtahanlarında 3493 namizədin iştirakı gözlənilir.

Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilən imtahanlar iyulun 31-də başa çatacaq.

Qeyd edək ki, imtahanlarda namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı