Rusiyaya məxsus Su-24 təyyarələrinin NATO hava məkanına yaxın uçması qalmaqal yaradıb. Modern.az xəbər verir ki, bu səbəbindən Rumıniyada yerləşdirilən 2 ədəd İngiltərəyə məxsus “Avrofayter Tayfun” təyyarəsi havaya qalxıb. Tərəflər Qara dəniz məkanında bir-birilərinə xeyli yaxınlaşıb.
Məlumata görə, dənizin qərb hissəsində Tayfunlar Su-24-lərə bələdçilik edib.
Rus təyyarələrinin NATO hava məkanına girə bilmədiyi qeyd edilib.