Modern.az

ATƏT müşavirəsində əlbəyaxa dava oldu - VİDEO

ATƏT müşavirəsində əlbəyaxa dava oldu - VİDEO

Aktual

12 Sentyabr 2018, 00:13

Varşavada ATƏT-in insan haqları üzrə müşavirəsində Tacikistan hökumətinin nümayəndələri ilə müxalifət təmsilçiləri arasında dava olub. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, müşavirənin keçirildiyi hotelin çıxışında Tacikistan müxalifətinin nümayəndəsi Sulaymoni Orzu bu ölkənin rəsmi nümayəndə heyətinin üzvləri ilə fikir mübadiləsi aparmaq istəyib.

 

O, Tacikistanın İslami İntibah partiyasının keçmiş üzvü Aemiddin Sattorovla şəkil çəkdirmək istəyərkən, rəsmi nümayəndə heyətinin üzvü onu sifətindən yumruqla, sonra ayaqla vurub.

 

Hotel əməkdaşları davanın qarşısını alıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı