İsrailin müdafiə naziri Aviqdor Liberman bu gün Gürcüstan və Azərbaycana rəsmi səfərə gəlir.
Modern.az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Nazirliyi məlumatında bildirilib.
Liberman səfər çərçivəsində prezident İlham Əliyev və həmkarı Zakir Həsənovla görüşəcək.
***
Azərbaycan Müdafiə Nazirliyi isə qeyd edib ki, səfər sentyabrın İsrailin müdafiə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrında 13-də Bakıda olacaq.
Səfər çərçivəsində İsrail nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Görüşlərdə regional təhlükəsizlik, Azərbaycan və İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran digər məsələlər müzakirə olunacaq.