Dövlət Gömrük Komitəsi 2018-ci ilin 8 ayında 6155 qanun pozuntusu aşkar edib.
Modern.az-ın məlumatına görə, bunu mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
Komitə sədri bildirib ki, bu ilin ilk səkkiz ayında iş adamları tərəfindən elektron gömrük xidmətinə 2 milyondan çox müraciət olunub.
Onun sözlərinə görə, elektron gömrük xidmətinin yaratdığı imkanlar barədə daim sahibkarlarla görüş keçirilir, seminarlar təşkil edilir:
"Tətbiq edilən elektron xidmətlər gömrük prosedurlarını asanlaşdırır, vətəndaş ilə məmur təmasını minimuma endirir".