Bakıda evdən 7500 manatlıq qızıl əşyalar oğurlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Səbail rayon Polis idarəsinin 8-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il mayın 3-də rayon ərazisindəki evlərin birindən 7500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Ağa Məmmədov saxlanılıb.