Modern.az

İraqda terror - 5 ölü, 32 yaralı 

İraqda terror - 5 ölü, 32 yaralı 

Aktual

12 Sentyabr 2018, 15:20

İraqın Tikrit şəhərindən şimalda bomba yüklü avtomobilin partladılması nəticəsində azı 5 nəfər həlak olub, 32 nəfər isə xəsarət alıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış “əl-Qala” restoranın yaxınlığında törədilib. Həlak olanların və yaralananların sayı barədə İraq Səhiyyə Nazirliyinin nümayəndəsi Seyf əl-Bədr açıqlama verib.

Yaralılar yaxınlıqda yerləşən xəstəxanalara çatdırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!