Modern.az

32 yaşlı kişi itkin düşüb

32 yaşlı kişi itkin düşüb

Aktual

2 Oktyabr 2018, 17:02

Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Vüsal Osmanov bu il iyulun 8-də Səbail rayonunda yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

Onun xarakterik əlamətləri belədir: Boyu 171 sm., arıq bədən quruluşludur, ağ bənizli, qara saçlı, gözlərinin rəngi şabalıdıdır. Xüsusi nişanəsi yoxdur, belində qara xalı var.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Səbail Rayon Polis İdarəsinə (012) 437-02-02 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı