Modern.az

İraq dördüncü prezidentini seçdi

İraq dördüncü prezidentini seçdi

Aktual

2 Oktyabr 2018, 21:39

İraq Məclisi bu gün prezident seçmək üçün iclas keçirib. Modern.az xəbər verir ki, səsvermədə 329 deputatdan 301-i iştirak edib. Seçkidə İraqın keçmiş prezidenti Cəlal Talabaninin partiyası olan Kürdustan Vətənpərvərlər Birliyinin namizədi Berhem Salih İraqın 4-cü prezidenti seçilib.

 

Berhem Salih 301 millət vəkilinin iştirak etdiyi səsvermədə 156 səs qazanıb. Kürdüstan Demokrat Partiyasının (KDP) namizədi Fuad Hüseynin ən yaxın rəqibi Məsud Bərzani 89 səs alıb.

 

Qeyd edək ki, İraqda keçirilən parlament seçkilərindən beş ay keçməsinə baxmayaraq, iki böyük kürd partiyası arasındakı münaqişə səbəbi ilə bir müddət gecikmiş olan məclis bu gün dördüncü prezidenti seçmək üçün toplanmışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı