Modern.az

Mutu “Çelsi”yə 17 milyon avro ödəyəcək

Mutu “Çelsi”yə 17 milyon avro ödəyəcək

Aktual

2 Oktyabr 2018, 22:57

Avropa İnsan Haqları Məhkəməsi köhnə Rumıniyalı futbolçu Adrian Mutunun İngiltərə klubu “Çelsi”yə 17 milyon avro təzminat ödəməsini tələb edən qərara qarşı etirazını rədd edib. Modern.az xəbər verir ki, bu barədə AİHM-in internet saytında məlumat yerləşdirilib.

 

Məlumata görə, müqavilə şərtlərini pozduğuna görə, “Çelsi” klubuna 17 milyon avro təzminat ödəməsi qərarlaşdırılan Mutunun bu qərara etdiyi şikayətin yekdilliklə rədd edildiyi qeyd edilib.

 

Qeyd edək ki, Mutu 2004-cü ildə kokain istifadə etdiyi məlum olduqdan sonra 7 ay futboldan uzaqlaşdırılmış və “Çelsi”dən ayrılmışdı. Köhnə Rumıniyalı futbolçu, “Çelsi”dəki müqaviləsinin şərtlərini pozduğu səbəbi ilə FİFA tərəfindən 17 milyon avro təzminat ödəməyə məhkum edilmişdi. Daha sonra Beynəlxalq İdman Təhkim Məhkəməsi  2009-cu ildə Mutuya verilən cəzanı təsdiqləmişdi.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı