Modern.az

Bu gün saat 20:00-da Azərbaycan - Malta  

Bu gün saat 20:00-da Azərbaycan - Malta  

Aktual

14 Oktyabr 2018, 10:52

Bu gün – otyabrın 14-də UEFA Millətlər Liqasında IV tura start veriləcək.

Modern.az xəbər verir ki, D liqasının 3-cü qrupunda mübarizə aparan Azərbaycan millisi növbəti oyununa çıxacaq. Ötən tur səfərdə Farer adalarını 3:0 hesabı ilə məğlub edərək, 2-ci pilləyə yüksələn komandamız bu dəfə doğma meydanda Malta seçməsini qəbul edəcək. Yığmamız keçən ay səfərdə heç-heçə (1:1) oynadığı rəqibini evdə məğlub edib, ən azından mövqeyini qorumağa çalışacaq.

Qrupun digər oyununda isə Kosovo səfərdə Farer adalarının qonağı olacaq. Qonaqlar xal itirəcəyi təqdirdə millimiz Maltanı udub, liderliyə də yüksələ bilər.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.


Millətlər Liqası

D liqası, 3-cü qrup, III tur

14 oktyabr

20:00. Azərbaycan - Malta
Hakimlər:
 İvan Bebek, Tomislav Petroviç, Miro Qrqiç, Qoran Pataki
Bakı Olimpiya Stadionu


20:00.
Farer adaları - Kosovo

1.

Kosovo

3

2

1

0

5:1

7

2.

Azərbaycan

3

1

2

0

4:1

5

3.

Farer adaları

3

1

0

2

3:6

3

4.

Malta

3

0

1

2

3:7

1

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı