Modern.az

Əfqanıstanda partlayış - ölənlərin sayı 22 nəfərə çatıb

Əfqanıstanda partlayış - ölənlərin sayı 22 nəfərə çatıb

Aktual

14 Oktyabr 2018, 02:40

Əfqanıstanın şimal-şərqində yerləşən Tahar əyalətində seçkiqabağı mitinqdə baş verən partlayış nəticəsində həlak olanların sayı 22 nəfərə çatıb, daha 36 nəfər yaralanıb.

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, oktyabrın 13-də yerli vaxtla saat 14:00 radələrində Rustak dairəsində partlayış törədilib və seçki yarışının iştirakçılarından birinə qarşı yönəlib. Bu, parlament seçkiqabağı kampaniyası çərçivəsində oktyabr ayında törədilən üçüncü partlayışdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır